İranın paytaxtı Tehranda kütləvi nikah mərasimi keçirilib.
"Fars" agentliyinin məlumatına görə, eyni vaxtda şəhərin müxtəlif yerlərində min cütlük ailə qurub.
Mərasimin ən maraqlı tərəfi toy karvanı olub. Hərbi maşınlar və zirehli texnikalar çiçək və şarlarla bəzədilərək gəlin maşınına çevrilib.
Bəylər özləri bu maşınları idarə ediblər. Əsas məkanlardan biri İmam Hüseyn meydanı olub, orada 110 cütlük evlənib.











